Simvolların görünməyən üzü - Tarixçi, araşdırmaçı Elşad Əmənov

Hər bir türk, hər bir azərbaycanlı qədim tarixini öyrənməyə borcludur. Bu bir haqdır ki, boynumuzdadır ! Öyrənməli, öyrətməli, qorumalı və yaşatmalıyıq. Biz hələ də tariximizi bilmədiyimizə görə özümüzü tanıya bilmirik. Kimliyimizi, bizi tanımaq istəməyənlərə tanıtdıra bilmirik. Kökümüzə, soyumuza qarşı olan bəd niyyətli qüvvələr kemişimizi həm nəzəri, həm də maddi cəhətdən məhv ediblər, dəyişdiriblər, qarışdırıblar, həm də özəlləşdiriblər. İndi qədim tariximizi öyrənmək üçün saxtalaşdırılmış həmin mənbələrdən istifadə edirik. Hansı ki, bu mənbələr təzadlıdır, qarışıq və çaşdırıcıdır. Urmiyalı alim Fərhad Cavadi yazır: "...nə üçün tariximizi saxtalaşdıran Qərb mənbələrinə istinad etməliyik ?! Hansı ki, bütün məxəzlərdə olan türk elementlərini qəsdən yanlış təhlil edir, yanlış məlumatlar verirlər. Tük alimlərinin potensial imkanları var ki, özləri öz tarixlərini yaza bilsin". Nədən başlamalı tariximizin yazılmağına, öyrənilməsinə ? Sualın konkret cavabı yoxdur. Başlamaq lazımdır şifahi xalq ədəbiyyatından, qayaüstü təsvirlərdən, toxuculuqda işlənən naxış və simvollardan, məzar daşları üzərində olan kosmoqomik işarələrdən və s. Adət və ənənələr, rituallar tariximizin öyrənilməsində həyati əhəmiyyət kəsb edir. Onlar fundamental fikirlərimizdə tamamlayıcı rola malikdirlər.
Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Hüseynov yazır : " Daş kitabələr, başdaşılar, sinədanlar özündə mifik işarələri, simvolları,bəlkə də hansısa qədim əlifbanı yaşadır. Folklor da, etnoqrafiya da bir tarixdir. Topladıqca, öyrəndikcə sirli məqamlara işıq salır". Türkçülüyün böyük və qədim tarixi, fəlsəfəsi dünyəvi bxış sistemi bu gün də qayaüstü təsvirlərdə, baş daşlarında, deyimlərimizdə və rituallarımızda yaşamaqdadır. İlahiyyət elmləri üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə yazır : " ... simvol və ornamentləri sıradan bir fiqur, əlamət və adi təsvir adlandırıb onun kənarından etinasızlıqla ötmək diqqətsizlik və səhv baxışın nümunəsi sayılır... Çünki əcdadımız, ulu dədə - nənələrimiz bu günki nəsil kimi ağıl və düşüncə sahibi olmuş, bəzən yazılması mümkün olmayan dərinmənalı söz və fikirləri ...gələcək nəsillərə ötürməyə çalışmışlar. Bu baxımdan, tarixçi və tədqiqatçı alimlər bu mövzunu ... tutarlı nəzəriyyələr elmi və məntiqi əsaslar əsasında incələyib açıqlamağa çalışmalıdırlar".
Biz bütün bunları anlamaq üçün özgə yazılar əsasında fikirlərimizi düzgün istiqamətləndirə bilmərik. Öz sözümüzü deməliyik ki, var olsun sözümüz SÖZLƏR içində !!!
1-ci hissə Sadə Günəş ( + ) rəmzi.
Dünyada ən çox yayılmış simvollardan biri də Günəş rəmzidir. Üstəgəlmə (+ ) kimi simvolizə olunan bu işarə həyat anlamını ifadə edir. Tarixin bütün dövrlərində və dünyanın hər yerində bu işarəyə rast gəlmək mümkündür. Lakin, hazırkı dövrdə bu işarə xristianlığın atributu kimi başa düşülür. Nəzərə alsaq ki, 4-cü əsrə qədər xristianlıqda bu işarədən istifadə olunmayıb, deməli söylənilən fikrin əsası yoxdur. Eyni zamanda, qayaüstü təsvirlərdə, küp qəbirlərdə aşkar olan üstəgəlmə işarələrinin yaşı xristianlığın yaranmasından dəfələrlə qədim olması bu işarənin mahiyyətinin daha qədimə aid olduğunu bildirir.
Xristianlıq parçalandıqca, ayrı - ayrı məzhəbləri yarandıqca 4-cü əsrdə istifadə etdikləri simvolda nisbi dəyişikliklər etməli oldular. Onların əsas izahına görə simvol İsa peyğəmbərin çarmıxa çəkildiyi ağacın rəmzidir. Bu fikir kifayət edir ki, onların xaç adlandırdıqları işarə ilə daha əvəl yaranmış üstəgəlmə ( + ) işarəsinin bir-biri ilə anlam əlaqəsi olsa da məna əlaqəsinin olmadığı qənaətinə gələk. (Onu da deyim ki, kəkil sözünü xaç kimi biz də işlətmişik).
Belə işarələri təhlil edən zaman tarixi dövr, konkret coğrafi məkan, həmin coğrafi məkanda yaşayan etnik xalq, dini inanclar, rituallar, mifoloji təsəvvürlər bir harmoniyada öyrənilmədir. Bunları nəzərə almadan istənilən obyektiv nəticəni əldə etmək mümkün deyil. Əksinə olarsa, bütün nəticələr erməni cəfəngiyyatından heç nə ilə fərqlənməz...
Tarixin siyasiləşdirilməsi, saxtalaşdırılması, monopoliyaya alınması, məzmunun dəyişdirilməsi - mahiyyətin mənimsənilməsinə xidmət edir. Dünya tarixinin bizə diqtə etdiyi mövcud problemlərindən xilas olmağın əsas yolu tarixi gerçəkliyi öz qələmimizlə yazıya almaqdır.
Türk xalqları tarixinin yazıyaqədəki dövrlərinə aid məlumatları Monqolustan, Yakutiya, Sibir, Orta Asiya, Azərbaycan, Şimali Qafqaz, Qara dənizin şima sahilləri, İran yaylası (indiki adla) ərazilərindəki qayaüstü təsvirlərində, baş daşlarında olan damğa və işarələr öz əksini tapıb. Adı çəkilən ərazilərdəki rəmz və işarələr, üslub cəhətdən 90 - 100 faiz oxşardır. Az olan fərqin səbəbi zaman fərqi ilə izah olunmalıdır.
Arxeoloqlar Qazaxıstanda qayaüstü təsvirlər içində E,ə, 18-15-ci əsrlərə aid dairə və üstəgəlmə, sonra dairə daxilində üstəgəlmə işarəsi aşkarlayıblar. Onların təhlil və yozumlarına görə həmin işarə Tenqri damğası kimi mənalandırılıb.
E.ə, 1500-cü ilə aid edilən Assur relyefində Tanrı Temmuz (Dumuz ) əlində üstəgəlmə işarəsi halındqa təsvir olunur. Həmin relyef Berlin dövlət muzeyində saxlanılır.
Adı çəkilən faktlar yüzlərlə tarixi gerçəkliyə aid nümunələrin çox az hissəsidir. Bununla belə, bizdən gizli saxlanılmış tariximizi öyrənmək baxımından kifayət qədər sanballı faktlardır. Adı çəkilən coğrafi məkanlarda həmin tarixi dövrlərdə hansı etnik xalqlar yaşayıb ?! Bunu bilmək üçün alim olmağa ehtiyac yoxdur. Küllü - aləm də bilir ki, bu ərazilərdə türksoylu xalqlar yaşayıb. Bu qəti, danılmaz faktlar olduğu halda digər arqumentləri sadalamağa ehtiyac qalmır. Günəş rəmzinin meydana gəlməsinin konkret tarixini qeyd etmək sadəlöhvlük olardı. Qədim insanların yanar oddan istifadəsi, süni odun insanlar tərəfindən əldə olunması faktlarını arxeoloqlar müəyyən edə biliblər. Azərbaycan ərazisində hələlik olaraq ən qədim ocaq izinin 700000 il bunda əvvılı aid olduğu bildirilir. Süni odun əldə olunmasının tarixi təqribən 70000 - 80000 il bundan əvvələ aiddir. Ancaq. həmin dövrlərə aid rəmz-işarə aşkar olmayıb. Havaların istiləşmə tarixini isə Üst poleolitin son mərhələsinə aid edirlər ( Təqribən 14-15 min əvvələ ). Güman edirəm ki, yerdə Odun göydə Günəşin rəmzi anlamına gəlməsi tarixi məhz bu dövrə təsadüf edir. Od insanların həyatında xüsusi əhəmiyyətə malik olduğundan onu qoruyub saxlayır, əzizləyir, müqəddəsləşdirir. Günəşin ibadətət obyektinə çevrilməsi böyük tarixi prosesin nəticəsində baş verib. Od i Günəşin rəmzi olduğundan ona ibadət obyekti kimi baxılıb. Hazırda bu ritual zərdüşt inancında yaşamaqdadır. Zərdüştlər də gündə beş dəfə ibadət edirlər. Onların qibləsi Günəşdir. Günəş olmayanda isə qaladıqları odu qiblə kimi qəbul edirlər. Deməli, odun müqəddəsləşdirilməsi və ibadət obyekti kimi istifadə edilməsi, rəmz kimi üstəgəlmədən istifadə edilməsi insan təfəkkürünün məhsuludur.
2-ci hissə ( Svastika )
Svastika ucları əyilmiş üstəgəlmə işarəsidir. Bu simvol haqqında kifayət qədər məlumatlar var. Daha çox çərxi fələk kimi mənalandırılır. Qeyd etmək yerinə düşər ki, bu işarənin sirri indiyə qədər açılmayıb. Ruslar, yunanlar heç bir əsaslı arqument gətirmədən bu işarələrin öz əlifbaları ilə bağlayırlar. Hətta Kereniskinin vaxtında pul əskinaslarının ( 250 manatlıq ) üstündə svastika işarəsini əlavə etmişlər. Bir hərfin dörd istiqamətdə yazılması nə deməkdir ?! Bu forma nəyi anladır ?! Ağıllarına gəlmir ki, bir nəfər durub deyəcək ki, ey ruslar, yunanlar, svastika işarəsi var olan zaman sizin nəinki əlifbanız yox idi, siz öz aranızda müxtəlif qırıq-qırıq səslərdən və mimiki işarələrindən istifadə etməklə anlaşırdınız. Belə cəfəngiyyat fikirlərlə insanların beyinlərini lazımsız məlumatlarla doldurmusuz. Sonuncu izahı guya amerika və ingilis alimləri bir yerdə ümumi fikrə gəliblər ki, bu işarə yunan əlifbasınıdan götürülüb. Bu son cümləni bütün informasiya mənbələrində paylaşıblar. Yəni, hamı bu fikirdən mənbə kimi istifadə etsin. AY - HAY... Svastika sözünün mənası güclü olmaq, xoşbəxt olmaq, deməkdir. Məhz bu səbəbdən də Hitler bu simvolu rəsmi simvol kim qəbul etmişdi.
Bu simvol haqqında düşünəndə qeyri-ixtiyari olaraq bir atalar sözümüz yadıma düşürdü. " Səni Od aparsın !". Əvvəllər elə güman edirdim ki, bu deyim Qarğışdır. Bu söz məni çox düşündürürdü. Çünki, uşağı əzizləyə - əzizləyə Səni od aparsın demək gəldiyim qənaətlə heç uzlaşmırdı. Od hara, uşaq hara...bu fikir məni rahat buraxmırdı. Qarğış olduğunu necə qəbul edim, Alqış kimi necə qəbul edim ? Paralel olaraq, dörd müqəddəs ünsürün mahiyyətini də öyrənmıyə çalışırdım. Bu səpgidə də deyimlər var idi. Məsələn, " Səni görüm suya dönəsən !". Mən Su çərşəmbəsini öyrənmək istəyirdim, qarşıma belə deyimlər çıxırdı. Artıq qənaətə gəldim ki, bu deyimlərlə rituallar arasında, simvol və rəmzlər arasında bir əlaqə mövcuddur. İlk olaraq Od cərşəmbəsində olan ritual hərəkətlə deyimlər arasındakı uzlaşmanı tapa bildim. Aş
şkar etdiyim uyğunsuz sözlərin düzgün deyilişini tapdım. Təbii ki, bütün fikirlərimi dostlarımla məsləhətləşirdim. Od çərşənbəsində odun üstündən niyə tullanırıq ? O, Günəşin simvoludursa, odu qalayaq və ətrafına toplaşaq - olmaz ? Qeyd eduim ki, digər dini rutuallarda da müəyyən qərarlaşmış hərəkətlər mövcuddur. Məsələn, İslam dinində də dua yazmaq var. Bəzi mollalar işini-gücünü atıb dua yazmaqla məşğuldur. Bu hərəkətlər dinə lazımi xidmətlərdən uzaq olsa da ərəb dilini öyrənməklə məqsədi özünə xidmət olub. Həmin dualardan biri " Bərəkət duası " adlanır. Bu duanı yazmaq üçün il ərzində cəmi bir gün nəzərdə tutulur... ilin son Çəşənbəsi - axşam çağı. Səbəbini molla izah etmir. Məsələni adamlardan gizli saxlayırlar. Çünki, bu barədə ona müraciət edənləri dərhal "yola" salıb pulunu alır. Hər gün dua yazanda isə hər gün pul qazanmış olur. Və yaxud ildə bir dəfə Həccə getməklə günahlarını "bağışlatdırırlar". İnsan istədiyi vaxt Həccə gedərsə, buna sadəcə gəzinti adı verirlər... Bu hadisə də ildə bir dəfə olur. Diqqətəlayiq bir fikir var ki, Həc ziyarətində yalnız şəxslə Allah arasında olan məsələləır nizamlanır. Bu ziyarətin insanlararası münasibətlərə aidatı yoxdur.
İndi qayıdaq əsas məsələyə. Yəni, Od Çərşənbəsində yandırılan tonqalın mahiyyətinə. Ta qədimdən insanlar müqəddəs sandıqları Günəş məqamına yüksəlmək istəyiblər. Necəki, indiki insanlar cənnət ümidi ilə yaşayırlar. Onların şüuruna belə bir fikir hakim kəsilib ki, Günəş məqamına yüksəlməyin əsas yolu Odun üstündən tullanmaqla ruhi və fiziki paklanmaq ritualını həyata keçirsin. Yəni, yerdəki Odn üstündən tullanmaqla paklanmaq, təmizlənmək llə Günəş məqamına yüksəlmək olar. Bu ritualı yerinə yetirən zaman mütləqdir onun bədəninə ağırlıq gətirən hər nəyi varsa, onları dilə gətirən zaman söz və ifadələrdən düzgün istifadə etsin. İnsanlar Od çərşənbəsində yandırılan odu qanadlı, hərəkətli kimi anlayıblar. Məhz svastika formada simvolun yaranması deyilən düşüncələrin məntiqinə xidmət edir.
Svastikanın bir - neçə təzahür forması var. Onlardan biri də dairə içərisində qanadları sağa dönmüş işarədir. Bu işarə artıq fərqli şəkildə izah olunur. Bunların zahiri oxşarlığı olsa da məna fərqləri var. Onları bir-biri ilə qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün damğa və işarələr kosmoqomik bilgilərə əsaslanır. Qədimdə Astrologiya elmini bilənlər bu işarələırin mahiyyətini dərk ediblər. Dairə içərisində qanadları sağa əyilmiş svastika işarəsini Qütb ulduzu, Dan ulduzu, Venera ( Bu adlar eyni səma cisminin adlarıdır ) kimi anlayıblar. Bu işarə Güəşə açılan qapı mənasını daşıyır. Dairə isə dünya anlamı verir. Ümumiyyətlə, kvadrat və dairə şəkilində verilmiş işarələrdə dairə və kvadratlar dünya mənasındadır. Dünya dedikdə isə mərkəzi Günəş olan altı planetdən söhbət gedir. Bəzən bu tip işarələrin sola əyilmiş formalarına da rast gəlinir. Bu Halda M.Ə, Sabirin " Bu Çərxi fələk tərsinə dövran edir indi ". Cümləsi yada düşür. Fələk nədir ? Fələk tərsinə dönəndə Fəlakət və ya fəlakətlər olur... Fələk səma cisimlərinin harmonik formada düzülüşüdür. Bu işarələr vasitısi ilə ulu əcdadlarımızın hansı bilgilərə sahib olduqlarını başa düşürük. Bir işarə bir kitaba bərabərdir. Gərəkdir onu anlaya bilək.
Svastikanın izahı zamanı xalq deyimlərindən və milli rutual hərəkətlərdən istifadə metodlarını əsas götürməklə izah etməyə çalışmışam. Bununla bağlı qeyd etmək istəyirəm ki, tonqal yanıb qurtarandan sonra onun külü səhəri, gün şüaları ətrafa yayılmamış süpürülüb həyətdən çıxarılmalıdır. Yosa, istək və arzular elə həyətdə qalmış olacaq. Ritual natamam başa çatmış olacaq. Digər tərəfdən tonqalın üstündən tullanan zamanı " ağırlığım, uğurluğum burda qalsın " deməzlər. Uğurluğum ifadəsini işlətmək səhvdir. " Burda qalsın" ifadəsi də səhvdir. " Odda yansın !" demək düzgün ifadədir. Sadə dildə, folklorumuz və rituallarımız əsasında üstəgəlmə ( Od ) və svastika ( Odun hərəkət halı ) simvollarının izahı nəticə etibarı ilə bu işarələrin kimə məxsus olduğunu faktlar və məntiqlə ilkin fikri söyləmiş oluruq. Yəni, sözümüz var oldu sözlər içində. OĞUZ DEYİMİ : XALQI ÜÇÜN YAŞAYANLAR - YAŞADARLAR XALQI !
Elşad Əmənov,
Muğan Tarixçilər Birliyinin üzvü