Cəlilabadda qədim yaşayış məskəni aşkar olunub

Birxeber.az xəbər verir ki, Bir neçə gün bundan öncə yağan leysan yağışlar nəticəsində kanal boyu ərazidə sürüşmə baş verib. Gördüyünüz bu artefaktlar (tarixi maddi-mədəniyyət nümunələri) sürüşmədən sonra üzə çıxmışdır. Mən tarixçi- araşdırmaçı olaraq həmin ərazini araşdırmağa başladım. Təxmini hiss etdim ki, üzə çıxan abidə 4-5 ha ərazini əhatə edir. Kəşf olunan ərazi isə abidənin şimal-şərq hissəsidir.
Keçən yay mövsümündə tarix elmlər doktoru, arxeoloq Vəfa xanım Mahmudova ilə biz həmin əraziyə baxış keçirmişdik, amma belə möhtəşəm olmasın zənn etməmişdik. Biz ərazini gəzərkən qarşımıza çıxan tarixi nümunələr, məncə müxtəlif dövrləri əhatə edir. Nümunələrə baxanda hiss edirsən ki, abidə çoxtəbəqəlidir. Düşündüm ki, ola bilər; çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc- dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir. Əslində söz arxeoloq alimlərindir. Biz onları gözləyirik!
Rastlaşdığımız tarixi nümunələr:
-- Gildən hazırlanmış keramika nümunələri (qırılmış halda);
-- Müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları(yəni, məişət əşyaları);
-- tikili qalıqları (gil kərpiclər);
-- şlak - ərinti. Tərkibində metalın ərintisi var;
-- ocaq izləri;
-- müxtəlif saxsı qabların sınıqları, (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.).