Azərbaycan tarixində yeni səhifə: 5-6 min illik yazı oxundu

Azərbaycan tarixində yeni səhifə: 5-6 min illik yazı oxundu

Tarixçi Elşad Əmənovdan sensasiyalı açıqlama

Cəlilabad bölgəsində aşkar edilən və orta əsrlərə aid məzar daşı üzərindəki qədim simvolların mənası nəhayət ki, tam oxunub! Tarixçi Elşad Əmənov bildirib ki, bu simvollar ruhların ölümdən sonra kosmik aləmə keçidini təsvir edir.

Mütəxəssisin sözlərinə görə, daş üzərində 13 qədim söz var və bu dəqiqələrdə onların hamısı öz dilimizdə oxunaraq tam şəkildə bərpa olunub.
Elşad Əmənov əlavə edib:

 “19 ildən sonra ən qədim qrafikalı yazının oxunuşuna nail oldum. Bu, tariximiz üçün böyük elmi hadisədir.”

Bu tapıntı Azərbaycanın qədim sivilizasiya tarixinin minilliklərə gedib çıxdığını bir daha təsdiqləyir.