Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,2 faiz azalaraq 12,7 min nəfər olub.
Bu barədə Birxeber.az İqtisadiyyat.az-a istinadən xəbər verir.
Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4608,0 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artıb.
Yüklərin 48,8 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6830,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5553,3 min tonunu və ya 81,3 faizini tranzit yüklər təşkil edib. 2025-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 277,9 min ton olub.