"Qarabağ" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəlib

"Qarabağ" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəlib

Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.

Birxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.

Qolları Joni Montiel (15-p.), Leandro Andrade (33, 36), Kamilo Duran (64-p., 89) və Musa Qurbanlı (83) vurublar.

"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" (0:0) ilə bərabərə qalıb.