“Torpaqdan işığa gedən yol”: Cəlilabadda tapılan sirli məzar daşı Muğanın yazı mədəniyyətinə yeni baxış gətirir

“Torpaqdan işığa gedən yol”: Cəlilabadda tapılan sirli məzar daşı Muğanın yazı mədəniyyətinə yeni baxış gətirir

Cəlilabad rayonunun Ləkin kəndində aşkar edilən, üzərində qeyri-adi simvollar, həndəsi fiqurlar və kosmoqonik işarələr olan qədim məzar daşı Azərbaycan tarixinin az öyrənilmiş bir qatına işıq salır. Bu tapıntı təkcə arxeoloji fakt deyil, eyni zamanda Muğan bölgəsinin yazı mədəniyyəti, qədim türk damğaları və insan ruhunun ölümdən sonrakı yoluna dair inancları haqqında mühüm elmi suallar doğurur.

Birxeber.az saytı tarixçi Elşad Əmənovla birgə hazırladığı bu geniş araşdırma məqaləsində Cəlilabadda tapılmış daş üzərindəki simvolların mənşəyini, onların dini-fəlsəfi məzmununu və qədim “kodlaşdırılmış yazı” ənənələri ilə əlaqəsini oxuculara təqdim edir. Məqalə Muğan bölgəsinin tunc dövrünə gedib çıxan mədəni yaddaşını, “Cifr” və kosmik simvollar sistemini elmi və analitik yanaşma ilə ortaya qoyur.

Yazının tam mətnini sizə təqdim edirik:

Muğanın yazı mədəniyyəti. 2006 - cı ildə Cəlilabad rayonunun Ləkin kəndində Orta əsrlərə aid qəbirstanlıqda üzərində müxtəlif simvollar və həndəsi fiqurlar olan baş daşı tapıldı. Həmin baş daşı öz yerindən çıxaraılaraq kənara atılmışdı. Daşın bir üzündəki yazılar aydın - açıq görsənirdi. ikinci üzündəki işarələrin əksəriyyəti daşa müdaxilə zamanı məhv edilmişdir. Yaxınlıqda olan bulaq suy ilə yazıları yuyub təmizlədim. Sonra yazıların foto çəkilişini etdim. Həmin yazı - işarələri , həndəsi fuqurları 99 faiz dəqiqliklə kağız üzərinə köçürtdüm. Daha dəqiq ölçülərdə olsun deyə, kompyuter vasitəsi ilə yenidən işlədim. Daşın üzərindəki işarələr üç sırada olmaqla simmetrik qaydada, qabarıq formada yazılmışdı. Daşın üzırindıki yazıda hər üzündə 21 işarə olmaqla çəmi 42 işarədən istifadə olmuşdur. Bu işarələr türk damğalarından, həndəsi fiqurlardan, kosmoqomik işarələrindən ibarətdir. Bəzi işarələr haqqında anlayışım olsa da. onları həndəsi fiqurlarla birlikdə mənalandıra bilmirdim. Təxmini olaraq bu yazının kosmik aləmlə bağlı olduğunu başa düşürdüm. 2006 - cı ildən etibarən müxtəlif telekanallara verdiyim müsahibələrimdə ümumi anlayış kimi ancaq bu fikrimi söyləyə bilirdim.. - Mən 2016 - cı ilə qədər bu məzar daşının mühafizəsi ilə məşğul oldum. Nəhayət. 2016- cı ildə həmin məzar daşını tarixçi dostum Elçin Hüseynovun ( Cəlilabad Muğan Tarixçilər Birliyinin üzvü ) şəxsi köməkliyi ilə Çəlilabad Tarix - Diyarşünaslıq muzeyinə gətirdik. Bu yazı ilə əlaqədar 2020 - ci ilin yanvar ayında və 2025- ildə İqtisad Elmləri üzrə Fəlsəfə doktoru, dosent, hazırda Elm və Təhsil Nazirliyi İqtisadiyyat institutunda aparıcı elmi işçi kimi çalışan Samirə Abasovaya müraciət etdim. Hər iki müraciətimə müsbət yanaşan Samirə xanımmın cavabları yazının ümumi məzmumununu anlamaqda müəyənedici rol oynadı. 2025 - ci ilin oktyabr ayında yazı haqqında məqaləni hazırlayan zamanı dostum Yunis Novruzla əlaqə saxladım. O, ADİU - nin Mühasibat uçotu və Audit Fakultəsini bitirib. Özəl sahədə işləyir. Eyni zamanda, müstəqil araşdırmaçıdır. Yunis müəllim həndəsi fiqurların və işarələrin mahiyyəti haqqında ətraflı məlumatlar verdi. Samirə xanımın və Yunis müəllimin köməkliyi sayəsində məqaləmi tamamlaya bildim. Aydın olur ki, məzar daşı üzərindəki bu yazı, sistemli əlifba deyil. Daha çox mənəvi, kosmik və dini məna daşıyan simvollar toplusudur. Simvollar,türk damğaları, erkən piktoqramlar və runik dövrə keçid işarələri kimi oxunur. Hər bir formanın həm astronomik ( Günəş, Ay, ulduz ), həm də metafizik ( həyat,ölüm,yenidən doğuş ) mənası var. Yazının qrafik üslubunu, məzmununu anlamaq üçün məzar daşında istifadə olunmuş işarələrin mənasını başa düşməliyik. 1) Kvadrat - Maddi varlıq simvoludur. Qədim türk və Altay mifologiyasında "Dörd tərəfli kainat " anlayışı ilə bağlıdır. İçində nöqtə və ya kiçik kvadrat varsa - bu, ruhun bədəndə yerləşməsi və ya daxili enerji mənasındadır. 2) Üçbucaq - Dağ, Tanrı, yüksəliş od mənasındadır. Üçbucağın tini yuxarı yönəlibsə, tanrıya doğru hərəkət mənası verir. 3) Xətlərin çarpaz və ya üstəgəlmə - məzar daşında ruh üçün yön mənasını daşıyır. Bəzən ruhların birləşməsi kimi yozulur. " Ölüm və keçid " mənası daşıyır. 4 Parabolik dalğa - Həyat və ölüm arasındakı dövr anlamı daşıyır. Aşağı yönlü parabola - ölüm, yuxarı yönlü parabola yenidən doğuş mənasənı ifadə edir. 5)Dairə və içərisində nöqtə - Həyat dairəsi və enerjidir. Orta Asiya qaya rəsimlərində "Günəş Tanrısı"nı bildirir. Məzar daşında "ruhun əbədi işığı " kimi yozulur. 6) Spiral və köndələn səkkiz - Həyatın dövranı, ruhun səyahəti. Spiral həm də bədən və ruh birliyini göstərir. 7) Ay simvolu ( Hilal forması ) - gecə, qoruyucu qüvvə adlanır. Ay Günışlə yanaşıdırsa, bu kosmik balans deməkdir. Düzbucaqlı - Məzarın fiziki forması və bədəni simvolizə edir. -9) Dörd nöqtə - dörd müqəddəs ünsürə işarədir. Bəzən istiqamət bildirir. 10) Kvadrat içərisində köndələn kəsişən iki xət : Kainatın mərkəzi, ölümdən sonrakı harmoniya . Bu simvol runik sistemində tamlıq anlamı verir. 11) Perdpendikulyar xət və ya xətlər :- Qəbir yazısında bu,ruhların yeraltı dünyaya enişini ifadə edir. 12) T şəkili və ya tərsi - " Tanrı ilə insan " arasında körpü " mənasını verir. Yekun nəticə : - Bu yazı insan ruhunun ölümdən sonra kosmik aləmə keçidini simvolik şəkildə təsvir edən qədim simvollar sistemidir. Simvollara əsasən yazının açması belədir : - " Torpaqdan doğulur, işıqla birləşir, ruh səyahət edir, Ayın kölgəsində dincəlir, yenidən işığa qovuşur". Məqaləyə ƏLAVƏ . Yazının oxunması hərfi tərcümə deyil. Belə yazı tipləri tarixən - səsləri ifadə edən işarələrin yaranmasından əvvəl mövcud olub. Belə yazılar kodlaşdırılmış yazılar adlanır. Tarixi mövzularda, klassik ədəbiyyatda, dövlətlərarası yazışmalarda, xüsusi əhəmiyyət kəsb edən məktublaşmalarda istifadə olunub. Yəni, ictimai maraqlara xidmət etməyib. Kodlaşdırılmış yazılardan ərəblər, yəhudilər, babillilər, misirlilər və s. istifadə ediblər. Kodlaşmalarda ərəb əlifbasından və onların ifadə etdikləri rəqəmlərlərə müəyyən olunurdu. Bu yazı tipləri "Əbcəd" "və Cifr" adlanırdı. Daha sonralar bu yazı tipləri xüsusi elm sahəsinə çevrildi. Hazırda da bu elm sahələrindən istifadə olunur. Mənbələrə görə " Cifr " (Şifrə) elminin təməli Süleyman peyğəmbərin ( hakimiyyət illəri e.ə. 970-e.ə. 930, 53 yaşında vəfat edeib) vəziri Asəf bin Bərxiyaya gedib çıxır. İmam Rza (s) tərəfindən təkmilləşdirilib, inkişaf etdirilib. "Əbcəd" və "Cifr"yazılar eyni tip yazılar olsa da fərqli məqsədlər üçün istifadə olunub. Belə ki, "Əbcəd" yazılar baş vermiş hadisələr haqqında fikirləri kodlaşdırırı, "Cifr" yazılar isə baş verəcək, ehtimal olunan hadisələri özündə ehtiva edir. Çəlilabad ərazisində aşkar olunmuş daş üzərindəki yazılar "Cifr" yazı tipindədir. Yəni, baş verəcək hadisə və ya hadisələr haqqında, ehtimal olunan fikirləri gələcək nəsilə çatdırır. Yuxarıda söylədiyimiz kimi, bir - çox xalqların yazıya qədərki tarixində kodlaşdırılmış yazı tipləri mövcud olduğu halda Azərbaycan - Türk dünyası tarixində kodlaşdırılmış yazı tipləri haqqında heç bir məlumat verilmir. Çəlilabad ərazisində tapılmış bu yazılı nümunəni bütün kodlaşdırılmış yazı tiplərindən daha əvvəl mövcud olduğunu sübut edir. Fikirlərimin isbatı : 1) Müxtəlif xalqlarda kodlaşdırılmış yazılar tarixin müxtəlif dövrlərinə aid olmaqla öz əlifbaları əsasında yaradılıb. 2) Azərbaycan - Türk tarixində isə kodlaşdırılmış yazılar qədim türk damğaları, həndəsi fiqurlar və kosmoqomik işarələr əsasında tərtib edilib. Həmin işarə və simvollara Qobustan, Gəmiqaya daşları üzərində, Altay və Qazaxıstan ərazilərindəki qaya təsvirlərində rast gəlinir. Cəlilabadda aşkar olunan qədim yazı-işarələr qaya parçası üzərində deyil, sal çay daşı (qənbər daşı) üzərində yazılıb. Daş cilalanaraq məqsədyönlü formaya salınıb. Eyni formada hazırlanmış (xüsusi yerdə saxlamaq üçün) gil lövhəyə şumer mədəniyyətində mövcuddur. Materialına, cilalanma metoduna və yazıda istifadə olunmuş işarələrə əsasən bu daşın tunc dövrünün ilk mərhələsinə aid olduğunu güman edirəm. Hər-halda xüsusi laborator analizlər məsələni elmi cəhətdən daha dəqiq aydınlaşdıracaq. Mövzu ilə bağlı diqqət çəkən ikinci məqam nədir ? Cəlilabadda aşkar olunan daş üzərindəki qədim yazının məzmunu Quranda "Bərzəx aləmi" ( "Mömin surəsi-11, "Bəqərə" surəsi -154, 174) haqqında yazının məzmunu ilə təxminən eynilik təşkil edir. Bu məsələ müəyyən suallar doğurur... İstər-istəməz yazının yazılma tarixinə şübhələr yaranır. "Bərzəx aləmi" haqqında indiyə qədər bilgilərimizin mənbəyi bir olub. Digər monoteist dinlərdə bu mövzu varmı ? Və yaxud qədim mifologiyamızda mövzu ilə əlaqədar hansı məlumatlar var? MAQ elmi haqqında nə bilirik ? Maqların kimliyi haqqında tarixi bilgilərimiz niyə azdır ?! Onu bilirik ki, Şamanlar Maqların davamçılarıdır. Magiya sözünün kökündə maq elmi durmurmu? Maq elminin biliciləri çox məhdud olub cəmi 12 nəfər. 12 rəqəmi sonrakı monoteist dinlərdə necə istifadə olur ?Maqlar ancaq ağ rəngli paltardan istifadə edib. Pifaqorun Şərqə səfər etməkdə məqsədi nə olub ? O, Maq elmini öyrənmək istəyib. Ancaq, " Pifaqor kvadratı"nı yarada bilib. Deməli, maq kodlarını tam mənimsəyə bilməyib. Bəli,cavabı olmayan suallar kifayət qədərdir. Ancaq, bədgüman olmamalıyıq. Biz maq elmini , nağıl və əsatirlərimizi, mifologi düşüncələrimizi, qədim rituallarımızı, folklorumuzu öyrənməli, sistemləşdirməliyik. Bunlar bizim ən qədim bilgilərimizdir. Cəlilabadda tapılmış qədim yazıda ruhların yeri və məqamı haqqında məlumat verilir. Digər məlumatlarda bu bilgi yoxdur. Bəs Günəş, Ay "tutulması" zamanı konkret olaraq mənim yaşadığım ərazilərdə hansı rituallar həyata keçirilirdi ?! İnsanlar həyacanlarını necə, hansı vasitələrlə həyata keçirirdi?!