Ramin Məhərrəmov II Liqada dekabrın ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb

Ramin Məhərrəmov II Liqada dekabrın ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb

Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Quba" klubunun futbolçusu Ramin Məhərrəmov mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasından bildirilib.

Dekabrın ən yaxşı qolunun müəllifinə mükafatı XVI turun "Quba" – "Kür-Araz" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.