Pezeşkian Ermənistanın müdafiə nazirini qəbul edib

Pezeşkian Ermənistanın müdafiə nazirini qəbul edib

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Birxeber.az xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşün gündəliyinə müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla, Ermənistan-İran əməkdaşlığının inkişaf etdirilməsi daxil olub.

Tərəflər Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıblar.