Xameneinin ailəsində növbəti itki: Həyat yoldaşı da öldü
İranın Ali Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə zərbələrdən aldığı yaralar nəticəsində həyatını itirib.
Birxeber.az bildirir ki, bu barədə İranın "Al-Alam" telekanalı məlumat verib.
Məlumata görə, o, Xameneinin və bir neçə ailə üzvünün ölümünə səbəb olan ABŞ-İsrail birgə hava hücumu zamanı ali lider ilə birlikdə iqamətgahda olub.
Xatırladaq ki, Əli Xamenei fevralın 28-də səhər öldürülüb, lakin İran bu xəbəri yalnız ertəsi gün təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl həmçinin Əli Xameneinin qızının, kürəkəninin, gəlininin və nəvəsinin də İran paytaxtına endirilən raket zərbələri zamanı öldükləri bildirilmişdi.
Birxeber