Küveytin sərhəd idarəsinin iki zabiti həlak olub
Küveytin Daxili İşlər Nazirliyi (DİN) Quru Sərhədlərin Mühafizəsi İdarəsinin iki zabitinin həlak olduğunu açıqlayıb.
Birxeber.az-ın məlumata görə, iki zabit təhlükəsizliyin təmin edilməsi vəzifələri çərçivəsində xidməti borcunu yerinə yetirərkən həlak olub.
DİN onların ölüm səbəbləri barədə digər təfərrüatları açıqlamır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail hava zərbələri ilə İrana qarşı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei həmin gün səhər öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları zərbələrə məruz qalıb.
Birxeber