İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
İran Silahlı Qüvvələri ABŞ-nin Küveytin Əl-Adiri rayonundakı helikopter bazasına zərbələr endirib.
Birxeber.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bu gün səhər PUA və ballistik raketlərin tətbiqi ilə keçirilən əməliyyat zamanı amerikalıların Əl-Adiridəki helikopter bazasına zərbə endirilib", - İran Dövlət Televiziyasının istinad etdiyi bəyanatda bildirilib.
SEPAH-ın məlumatına görə, zərbələr nəticəsində bazanın helikopter təlim və təmir mərkəzinə, helikopter və təyyarələr üçün yanacaq ehtiyatlarına, həmçinin bu bazanın komandanlıq binasına ciddi ziyan dəyib.
Birxeber