Məşhur serialın ulduzu gizli toy edib
Məşhur "Böyük şəhərdə seks" serialındakı rolu ilə tanınan aktrisa Kim Kettrall sevgilisi Rassel Tomas ilə gizli olaraq ailə qurub.
Birxeber.az-ın xəbərinə görə, bu barədə "People" nəşri məlumat verib.
Aktrisanın həyat yoldaşı ondan 14 yaş kiçikdir - qadının 69, R.Tomasın isə 55 yaşı var. Mərasimdə ancaq cütlüyün ən yaxın dostları və ailə üzvləri - cəmi 12 nəfər iştirak edib.
Bu, Kettrallın dördüncü evliliyidir. Cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlməzdən əvvəl təxminən 10 il görüşüblər. Onlar 2016-cı ildə tanış olublar. Kettrallın övladı yoxdur.
Birxeber