Ulvira Qarayeva “Kanal S”in Bədii və Əyləncəli Departamentinə rəhbər təyin edildi

Birxeber.az xəbər verir ki, televiziya sahəsində daha bir maraqlı kadr dəyişikliyi baş verib. Tanınmış jurnalist Ulvira Qarayeva bundan sonra “Kanal S”in Bədii və Əyləncəli Departamentinin rəisi kimi fəaliyyət göstərəcək.
Kanalın mərkəzi ofisində keçirilən təqdimat zamanı əməkdaşlar yeni rəhbərlə tanış olub, yaxın gələcəkdə həyata keçiriləcək layihələr barədə müzakirələr aparıblar. Ulvira Qarayeva çıxışında kanalın tamaşaçısına daha peşəkar və maraqlı proqramlar təqdim etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda “Kanal S”in yaradıcı komandasının önündə tanınmış simalar dayanır. Belə ki, kanalın baş produseri məşhur sənətçi Roza Zərgərli, baş direktorun yaradıcılıq üzrə müşaviri isə şou-biznes və moda aləminin tanınmış siması Anar Ağakişiyevdir.
Əldə etdiyimiz məlumata görə, yaxın aylarda kanalda bir neçə yeni əyləncə layihəsi start götürəcək. Kanal rəhbərliyi Ulvira Qarayevanın təcrübəsinin bu layihələrə xüsusi dinamizm qatacağına ümid edir.
Daha ətraflı məlumat və eksklüziv xəbərlər üçün Birxeber.az-ı izləyin.