“Yeddi Gözəl” sənət layihəsi təqdim olundu

“Yeddi Gözəl” sənət layihəsi təqdim olundu

Bakıdakı "Safarli Gallery"də “Yeddi Gözəl” adlı unikal sənət layihəsi təqdim edilib.

Birxeber.az Kulis.az-a istinadən xəbər verir ki, tədbirdə məhdud sayda istehsal olunmuş və Azərbaycan xalçaçılıq məktəblərinin motivlərini əks etdirən əl işi ipək kəlağayılar nümayiş etdirilib. İpək Kəlağayı Kolleksiyası Bakı, Qarabağ, Naxçıvan, Quba, Gəncə, Şirvan, Təbriz və Qazax xalçaçılıq məktəblərinin simvollarını və estetik naxışlarını özündə ehtiva edir.

Təqdimat mərasimində Azərbaycanın tanınmış mədəniyyət xadimləri, iş adamları və sənətsevərlər iştirakı ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Tekstil Assosiasiyası, "Azəripək" ASC və Azərbaycanın görkəmli rəssamı İslam Səfərlinin əməkdaşlığı ilə ərsəyə gəlib.