Cəlilabadda məktəblini avtomobil vuraraq öldürüb

Cəlilabad rayon Təklə kənd inzibati ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Birxeber.az xəbər verir ki, VAZ2107 markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən kənd sakini ibtidai sinif şagirdi olan Ağazadə Aytən Vüsal qızını vurub.
Məktəbli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.