Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi qeyd olunacaq.

Birxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla yubileyə həsr olunmuş tədbirlər planı hazırlayacaq.

Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli yazıçının 90 illiyi tamam olur.