“İnter” – “Barselona” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” cavab matçının hakim təyinatları açıqlanıb.
Birxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan Simon Marçinyak idarə edəcək.
Ona həmyerliləri Tomas Listkieviç və Adam Kupsik köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Pavel Raskovski yerinə yetirəcək.
Dennis Higler (Niderland) VAR, Pol Van Bokel (Niderland) isə AVAR hakimi olacaq.