İran rəsmisi: ABŞ ilə razılaşmaya da, müharibəyə də hazırıq
“ABŞ ilə mümkün qədər tez razılaşmaya nail olmağa hazırıq və bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəyik”.
Birxeber.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi deyib.
“Cenevrədə danışıqlar otağına səmimiyyətlə daxil olacağıq, ümid edirik ki, bu müsbət yanaşma amerikalılar tərəfindən qarşılıqlı şəkildə cavablandırılacaq”, - diplomat bildirib.
Müharibə ehtimalına toxunan Təxt-Rəvançi qeyd edib: “Əgər bizə qarşı hücum və ya təcavüz olarsa, müdafiə planımıza uyğun cavab verəcəyik, hamı bilməlidir ki, müharibəni başlamaq mümkündür, amma onu bitirmək asan deyil”.
Birxeber