Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb

1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş Cəlilabad rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi uzun illərdən sonra aşkar edilib.

Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə rəsmi şəkildə məlumat verilib.

Qeyd edək ki, 30 ildən artıq müddətdə itkin hesab olunan Mahir Quliyevin nəşinin tapılması ailəsi və yaxınları üçün həm ağır, həm də təsəlli dolu bir xəbər olub.

Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.

Allah rəhmət eləsin, ruhu şad olsun.

Birxeber.az