Ağdam şəhərində ilk bayram tonqalı qalandı - FOTO
Ağdam şəhərində Su çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb.
Birxeber.az Teleqraf-a istinadən xəbərinə görə, işğaldan azad olunduqdan sonra şəhərdə keçirilən ilk Su çərşənbəsi tədbiri sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tonqal ətrafında bir araya gələn şəhər sakinləri bayram əhval-ruhiyyəsini bölüşüb, qədim ənənələrə uyğun olaraq tonqalın üzərindən tullanıblar. İnama görə, bu mərasim insanların ilin ağırlıq və çətinliklərini geridə qoyaraq yeni ilə təmiz niyyətlərlə başlamasını simvolizə edir.
Qeyd edək ki, Ağdamda artıq ilin əvvəlindən etibarən məskunlaşma prosesi davam edir. Hazırda şəhərin 2-ci yaşayış kompleksində 223 ailə olmaqla, ümumilikdə 821 nəfər yaşayır. Şəhərdə həyatın tədricən bərpa olunması və milli bayramların qeyd edilməsi doğma yurda qayıdan sakinlər üçün xüsusi əhəmiyyət daşıyır.
Birxeber