Avropa Komissiyasının sədri ABŞ-ni hədələdi

Birxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yeni tariflərin tətbiqini şərh edərkən bildirib.
Məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.
O deyib: "Aİ ixracatına 30% tariflərin tətbiqi kritik transatlantik təchizat zəncirlərini qıracaq, Atlantik okeanının hər iki tərəfindəki biznes adamlarına, istehlakçılara və müştərilərə zərər verəcək".
Fon der Leyen əlavə edib ki, avqustun 1-dək ABŞ ilə danışıqlara və razılığa gəlməyə hazırdırlar.
O, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını, o cümlədən zəruri hallarda əks tədbirlər görəcəyini vurğulayıb.
Xatırladaq ki. iyulun 12-də ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Aİ və Meksikadan gətirilən mallara 30% rüsum tətbiq ediləcəyini bəyan edib.