Türkiyə müstəqil şəkildə rabitə peykləri istehsal edəcək
🛰 Türkiyə müstəqil şəkildə rabitə peykləri istehsal edə bilən 11 ölkə sırasına daxil oldu
Birxeber.az xəbər verir ki, Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün ilk milli türk rabitə peyki Türksat 6A-nın istismara verildiyini bildirib. Peyk Hindistan, Tailand, Malayziya və İndoneziya da daxil olmaqla əhatə dairəsini 3,5 milyarddan 5 milyard insana qədər genişləndirəcək. Türksat 6A peyki ASELSAN, TUSAŞ, TÜBİTAK və digər şirkətlərin iştirakı ilə 80%-dən çox yerli istehsal səviyyəsində hazırlanıb.
Layihə milli təhlükəsizlik və xarici texnologiyalardan asılılığın azaldılması baxımından strateji əhəmiyyətə malikdir. Peyk bütün sınaqlardan uğurla keçib və ən azı 15 il fəaliyyət göstərəcək şəkildə layihələndirilib.
Türksat 6A peyki 2024-cü il iyulun 9-da yerli vaxtla saat 02:30-da ABŞ-ın Keyp-Kanaveral kosmodromundan SpaceX şirkətinə məxsus Falcon 9 raketdaşıyıcısı vasitəsilə orbitə buraxılıb.