Cəlilabadın 42 yaşayış məntəqəsində elektrik verilişi dayandırılacaq – Rəsmi məlumat

Cəlilabadın 42 yaşayış məntəqəsində elektrik verilişi dayandırılacaq – Rəsmi məlumat

18 noyabr 2025-ci il tarixdə saat 10:00-dan etibarən Cəlayir yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, təmir işləri başa çatanadək rayonun 42 kəndi işıqsız qalacaq. Elektrik verilişində fasilə yaranacaq kəndlər bunlardır:

Çəmənli, Xanəgah, Türkelli, Pərdi, Ağusəm, Cəngan, Fərəcullalı, Soltankənd, Tahirli, Ləzran, Çinar, Şorbaçı, Mədətli, Məmmədrzalı, Məşədilər, Novruzallı, Boyxanlı, Məlikqasımlı, Yusifli, Cəlayir, Lallar, Mirzəli, Babalı, Təklə, Abazallı, Qarakazımlı, Moranlı, Sarxanlı, Dələli, Şükürlü, Zərbiəlli, Qarğılı, Mikayıllı, Ləkin, Əsədli, Edişə, Şatırlı, Buravar, Badamağac, Kövüzbulaq, Musalı və Zəhmətabad.

Qeyd olunur ki, işlərin planlı şəkildə həyata keçirilməsi elektrik təchizatının daha etibarlı və dayanıqlı olmasına xidmət edir.

Təmir başa çatdıqdan sonra abonentlərin elektrik təminatı bərpa olunacaq.