KOBİA 1 500-dən çox KOB subyektini sərgi və yarmarkalarda dəstəkləyib

KOBİA 1 500-dən çox KOB subyektini sərgi və yarmarkalarda dəstəkləyib

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən bəri 1 500-dən çox startap və KOB subyektinin yerli və xarici sərgi və yarmarkalarda iştirakına dəstək verib.

Birxeber.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərinin açılışında məlumat verib.

Sədr qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesi KOB-ların geniş fəaliyyət göstərdiyi sahələrdəndir. KOBİA bu sahələrdə fəaliyyət göstərən sahibkarları xüsusi xidmət və mexanizmlərlə dəstəkləyir və bu gün də onların sərgidə iştirakını təmin edir.

"Agentliyin dəstəyi ilə aqrar və qida sektorunda fəaliyyət göstərən 9 KOB subyekti sərgidə xüsusi stenddə öz məhsullarını nümayiş etdirir", - sədr qeyd edib.