Cəlilabad rayonunda "Uşaq Əməyinə və İnsan Alverinə qarşı birgə mübarizə" mövzusunda tədbir keçirilmişdir

Cəlilabad rayonunda "Uşaq Əməyinə və İnsan Alverinə qarşı birgə mübarizə" mövzusunda tədbir  keçirilmişdir

Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Gələcəyimizi qoruyaq:Uşaq Əməyinə və İnsan Alverinə qarşı birgə mübarizə" mövzusunda tədbir keçirilmişdir. 

Birxeber.az xəbər verir ki, Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbrahimova, Lənkəran- Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Sadatova və tələbələr iştirak etmişdir. 

Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu vurğulandı. 

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.