Çin XİN bəyan etdi ki, Qəzza Fələstinə məxsusdur

“Qəzza Fələstin xalqına məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir. Çin hesab edir ki, mövcud şəraitdə Qəzzada hərtərəfli atəşkəsə nail olmaq və humanitar fəlakəti yüngülləşdirmək son dərəcə vacibdir”, - deyə Qo Ciaqün bildirib.
Rəsmi nümayəndənin sözlərinə görə, münaqişənin tezliklə dayandırılması və davamlı sülhün bərqərar olması “Fələstin və İsrail xalqlarının, eləcə də Yaxın Şərq xalqlarının ortaq arzularına uyğundur”.
“O, həmçinin beynəlxalq ictimaiyyət qarşısında ən aktual vəzifədir”, - deyə o əlavə edib.