Ceyhun Bayramov İrəvana nə vaxt gedəcək? - AÇIQLADI
Xarici işlər naziri Ceyhun Bayramov İrəvana səfər etməyə hazır olub-olmaması barədə suala cavab verib.
“Yeni Sabah”ın əməkdaşı dekabrın 26-da 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında nazirə “Hansı şərtlərdə Azərbaycanın xarici işlər naziri Ermənistana səfər edə bilər” sualı ilə müraciət edib.
C.Bayramov cavabında deyib:
“Azərbaycanın milli maraqlarını tələb edən görüş, hadisə baş tutan zaman Ermənistana səfər edə bilərəm. Bunun üçün müəyyən nəticələr əldə olunmalıdır”.
Birxeber