Bu imkandan məhrum olmuşuq...

Məlum olduğu kimi, uzun müddətdir, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının hələ ki real bir nəticəsi yoxdur. Səbəb isə Ermənistanın müxtəlif bəhanələrlə hər dəfə sülh danışıqlarını süni şəkildə uzatmasıdır.
Mövzu ilə bağlı Azərbaycan respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, biz gözləyirik, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda "dəhliz" sözünə qarşı müəyyən bir qıcıqlanma hiss edirlər.
Hikmət Hacıyev həmçinin əlavə edib ki, biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki otuz ildir, bu imkandan məhrum olmuşuq. Naxçıvanla əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də əlavə imkanlar açılacaq.