Bu gün Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin doğum günüdür

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin doğum günüdür

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin doğum günüdür. Azərbaycan xalqı bu günü böyük qürur və ehtiram hissi ilə qeyd edir.

44 günlük Vətən Müharibəsində göstərdiyi igidlik və fədakarlıq sayəsində Qəzənfər Ağayev Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırıb. O, döyüş meydanında göstərdiyi rəşadətlə torpaqlarımızın azadlığı uğrunda mübarizənin simvollarından birinə çevrilib.

Qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolu bu gün gənc nəslə vətənpərvərlik nümunəsi kimi təqdim olunur. Onun qəhrəmanlığı, Vətən sevgisi və mübarizə ruhu hər bir azərbaycanlının qəlbində qürur və minnətdarlıq hissi doğurur.

Birxeber.az kollektivi olaraq, Qəzənfər Ağayevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq.

Sənin kimi igidlərin sayəsində bu torpaqlar azaddır, bayrağımız ucalarda dalğalanır! 

Qəhrəmanlıq unudulmur, Qəzənfər Ağayev kimi oğullar əbədidir!