Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Birxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.