Roma Papası dəfn olundu

Roma Papası dəfn olundu

Roma Papası Fransisk bu gün dəfn ediləcək.

Birxeber.az xarici mediaya istinadən xəbər verir ki, artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gedib.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.

***

Roma Papasının dəfn mərasimi başlayıb.

***

Vatikanda Papa Fransiskin dəfn mərasimi başa çatıb.