"Müasir metodist" müsabiqəsi yenidən elan olunur

"Müasir metodist" müsabiqəsi yenidən elan olunur

Birxeber.az xəbər verir ki, 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi məqsədilə növbəti “Müasir metodist” müsabiqəsinə start verilir.

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

 Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb olunacaqlar.

 Qeyd edək ki, sertifikasiya prosesinə cəlb olunmamış, lakin müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş müəllimlərin təlimlərə qatılması onların sertifikasiya balından (51 və yuxarı) asılı olaraq müəyyən ediləcək.

🔗 Qeydiyyat üçün keçid:

https://docs.google.com/forms/d/1y6xgieLqYedsEc5bAUZOSu9xiE8eUeLhBy_QrzbetoE/viewform?edit_requested=true