İrandan Azərbaycana daha 89 nəfər keçdi

İrandan Azərbaycana daha 89 nəfər keçdi

Martın 3-də saat 11:00-13:00 aralığında daha 89 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.

 Birxeber.az xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 2-si İran, 1-i isə Türkiyə, 6-sı isə Slovakiya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.