Cəlilabadda təhlükəli anlar: polis əməkdaşları yanğını saniyələr içində söndürdü
Cəlilabad rayonunda baş verən yanğın hadisəsinin böyüməsinin qarşısı polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alınıb.
Birxeber.az-a daxil olan məlumata görə, hadisə Cəlilabad rayonunun Heydər Əliyev prospektində, Cəlilabad Rayon Polis Şöbəsinin yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb. Belə ki, binanın balkonunda quraşdırılmış isitmə sisteminin alışması nəticəsində yanğın baş verib.
Yanğın vətəndaş Abdullayeva Sənubər Cabir qızına məxsus mənzildə qeydə alınıb. Ərazidə xidmət aparan Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları şöbədə mövcud olan yanğınsöndürən balonları dərhal hadisə yerinə gətirərək alovun qarşısını almağa nail olublar.
Qısa zaman ərzində yanğının tam söndürülməsi təmin edilib, eyni zamanda alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Birxeber