Bu bölgədə 5.5 bal gücündə zəlzələ baş verib

Birxeber.az xəbər verir ki, Tacikistanda 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə məlumatı Özbəkistan Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonundan 69 kilometr cənubda, Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında qeydə alınıb.
Zəlzələ yerin 120 kilometr dərinliyində baş verib və hər hansı dağıntı və ya insan tələfatı müşahidə olunmayıb.
Zəlzələnin təsiri Özbəkistanda da hiss edilib.