"Biz hələ də Moskvadan atəşkəs haqqında müsbət cavab almamışıq" - Ukraynanın xarici işlər naziri

"Biz hələ də Moskvadan atəşkəs haqqında müsbət cavab almamışıq" - Ukraynanın xarici işlər naziri

🇺🇦 Biz hələ də atəşkəs rejiminin 30 gün uzadılması təklifimizə Moskvadan cavab eşitməmişik, — Ukraynanın xarici işlər naziri

"Rusiyanın bu gecə yarısından sonrakı, sabahkı və qarşıdakı həftədəki hərəkətləri ABŞ-ın sülh səylərinə və 30 günlük atəşkəs təklifinə münasibətini açıq şəkildə göstərəcək.

Bu, Rusiyanın sülhə ciddi yanaşıb-yanaşmadığını, yoxsa dünən putin tərəfindən verilən açıqlamaların sadəcə manipulyasiya olub-olmadığını nümayiş etdirəcək", — deyə Sıbıha bildirib.

Birxeber.az xəbər verir ki, Nazirin sözlərinə görə, dünən və bu gün döyüş aktivliyinin "bir qədər" azalmasına baxmayaraq, Rusiya qoşunları Ukrayna mövqelərinə hücumları davam etdirir.

"Ukrayna adekvat və məsuliyyətli şəkildə cavab verir və biz həm atəş açılan yerlərdə cavab atəşi ilə, həm də sakitlik olan bölgələrdə sakitliklə qarşılıq veririk", — deyə o əlavə edib.