12 raundluq boks döyüşlərinin tarixində antirekord

Boksçular Saul Alvares və Uilyam Skull Səudiyyə Ərəbistanında keçirilən boks döyüşündə göstərdikləri zəif çıxışa görə tənqid atəşinə tutulublar.
Birxeber.az sport24.ru saytına istinadla xəbər verir ki, S.Alvares döyüşdə qalib gəlib və ikinci orta çəkidə (76.2 kiloqramadək) mütləq çempion adını qazanıb.
"CompuBox" sisteminə görə, S.Alvares (152) və U.Skull (293) bir-birinə qarşı cəmi 445 yumruq zərbəsi vurublar, bu, 12 raundluq döyüşlərin statistikasının kompüter vasitəsilə hesalanmasının 40 illik tarixində ən pis nəticədir.
Daha əvvəl antirekord (459 zərbə) 2023-cü ilin dekabrında Cozef Parker və Deontey Uaylder arasında keçirilən görüşdə qeydə alınıb.