“Ultra Company”nin baş direktorunun ailəsində ağır itki: oğlu faciəvi şəkildə dünyasını dəyişib

Birxeber.az xəbər verir ki, iş dünyasında tanınan simalardan olan, “Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının ailəsini dərin hüznə qərq edən hadisə baş verib.
Onun sevimli oğlu, 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt təsadüf nəticəsində yıxılıb. Gənc yaşında həyatla vidalaşan Toğrul aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır. Amma bu acı itki nə bir atanın, nə də bir ananın ürəyindən silinəcək. Yaxınları bildirir ki, Toğrul mehribanlığı, sakit xasiyyəti və qayğıkeşliyi ilə tanınırdı.
Birxeber.az redaksiyası olaraq Məhəmməd Zülfüqarlı və ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah bu ağır günlərdə onlara dözüm versin. Allah rəhmət eləsin!