KİV: Nigerin paytaxtının hava limanı yaxınlığında partlayışlar olub

KİV: Nigerin paytaxtının hava limanı yaxınlığında partlayışlar olub

Nigerin paytaxtı Niameyin hava limanı yaxınlığında partlayışlar və uzun müddətli atışma baş verib.

Birxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" hadisə şahidinə istinadən məlumat yayıb.

Agentlik partlayışların mümkün səbəbi və ya nəticələri barədə məlumat verməyib.