Şəmsi Səmədzadə həbs olundu - Mal-qara oğurluğunda ittiham olunur

Şəmsi Səmədzadə həbs olundu - Mal-qara oğurluğunda ittiham olunur

İş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub. Azərbaycanlı iş adamı Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. 

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.