Slovakiyanın baş nazirini kimlər hədələyir?

Mənə hədə-qorxu gəlirlər ki, əgər 9 mayda Moskvadakı bayram tədbirlərinə getmək qərarı versəm, cəzalandırılacağam — deyə Slovakiya baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, kim tərəfindən hədələndiyi açıqlanmayıb.
Birxeber.az xəbər verir ki, Robert Fitso həmçinin qeyd edib ki, hazırda dünyada bir dəmir pərdə mövcuddur — Avropadan birbaşa Rusiyaya getmək mümkün deyil. Buna görə də onun 9 Mayda Rusiya Federasiyasına səfəri bu pərdə ilə razılaşmamasının göstəricisi olacaq.