Polkovnik baş həkim təyin olundu

Polkovnik baş həkim təyin olundu

Birxeber.az xəbər verir ki, Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

Bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.

Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.