“O an gəlməlidir, hər bir futbolçunun ürəyində alov olmalıdır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçiriləcək cavab matçı haqda danışıb.
Birxeber.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bütün cəsarətimizi nümayiş etdirməli olduğumuz an gəldi. Komanda finala çıxmaq üçün ən yaxşı oyununu keçirməlidir.
Hər bir futbolçunun ürəyində alov olmalıdır. Biz Parisdə ən yaxşı tərəfimizi göstərib, qalib gəlməliyik”