Los-Ancelesdə tunelin uçması nəticəsində 15 işçi təcrid olunub

Los-Ancelesdə tunelin uçması nəticəsində 15 işçi təcrid olunub

Los-Ancelesdəki (ABŞ) Uilminqton rayonunda sənaye tunelinin uçması nəticəsində təxminən 15 işçi təcrid olunmuş vəziyyətdə qalıb.

Birxeber.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti açıqlama yayıb.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir.

"Los Angeles Times" yazır ki, tunel şəhərdə sanitariya şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihə çərçivəsində inşa edilir.