Gədəbəydə 55 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb

Gədəbəydə 55 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1970-ci il təvəllüdlü Y.Yolçuyev qayalıq ərazidə bitki toplayarkən ehtiyatsızlıqdan yıxılıb.
Y.Yolçuyev aldığı xəsarətdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.