“DİNAMİK OCEAN” şirkəti yayılmış əsassız iddialara cavab verdi

Sosial şəbəkələrdə o cümlədən 1 XƏBƏR online tv Youtube kanalında “Dinamik Ocean” şirkətindən su təmizləyici qurğular alan müştərilərin sonradan həmin məhsulları qaytarmaq istədikləri zaman problemlə üzləşdikləri barədə məlumat yayılmışdı.
“Birxeber.az” saytı sözü gedən məsələ ilə bağlı “Dinamik Ocean” şirkətinə sorğu ünvanlayıb.
Sorğumuzu məktubla cavablandıran “Dinamik Ocean” şirkətinin hüquqşünası İlham Məmmədov şirkət barəsində yayılan məlumatları təkzib edərək bildirmişdi:
Hörmətli media nümayəndələri,
“Dinamik Ocean”MMC-yə qarşı Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean” adı altında yayılmış məqalədə yanlış və böhtan xarakterli məlumata dair təkzib olaraq bildiririk ki, Neftçala rayon sakini AR Mülki Məcəlləsinin 389, 390-cı maddələrinin tələblərinə uyğun olaraq, “Dinamik Ocean” şirkəti ilə müqavilə əsasında kredit şərtləri ilə su təmizləmə qurğusu əldə etmiş və həmin qurğudan bir neçə ay istifadə etdikdən sonra əsassız olaraq malı geri qaytarmaq qərarına gəlmişdi.
Müştəri bununla bağlı şirkətə müraciət etdikdə ona əldə olunmuş qurğunun tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun qaytarılma və ya dəyişdirilmə qaydaları ətraflı izah edilsə də, əfsuslar olsun ki, vətəndaş “Yeni Çağ” və digər xəbər saytlarına müraciət edərək, şirkət və onun direktoruna qarşı həqiqəti əks etdirməyən, böhtan xarakterli iddialar irəli sürüb. Bildiririk ki, həmin xəbərlər xəbər saytlarında yoxlanılmadan dərc etdirilərək, şirkətin işküzar nüfuzuna xələl gətirmişdi.
“Dinamik Ocean” şirkəti olaraq, məsələ ilə bağlı “Yeni Çağ” və digər media saytlarına tərəfimizdən ətraflı məlumat veriləndən sonra “Yeni Çağ” media qrup tərəfindən müstəqil jurnalist araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Neftçala sakini malın qaytarılması ilə bağlı istədiyi nəticəni əldə etmədikdə, əsəbi şəkildə redaksiyaya əsassız müraciət edərək, şirkət və onun direktoruna qarşı böhtan dolu iddialar irəli sürmüşdü.
Daha sonra həmin sakin “Yeni Çağ” media qrupa, eyni zamanda “Dinamik Ocean” şirkətinin direktoru Tərlan Abdullayevə təkzib məktubu ünvanlamışdır. Bundan sonra şirkətinin direktoru humanistlik göstərək, həmin şəxsə qarşı hər-hansı iddia irəli sürməmiş və bu kimi xoşagəlməz hadisələrin gələcəkdə təkrar olmamasına ümid etdiyini bildirmişdi.
“Birxeber.az” saytı olaraq, bəzi müştərilərin “Dinamik Ocean” şirkətinə qarşı vaxt aşırı bu kimi aqressiya göstərməsinin səbəbləri də, diqqətimizdən yayınmadı. Əməkdaşlarımız tərəfindən məsələ ilə bağlı ciddi araşdırılma aparılıb.
Araşdırma zamanı məlum olub ki, şikayətlər bir çox hallarda müştərilərin şirkətdən kreditlə əldə etdikləri məhsulların ödənişlərini vaxtında həyata keçirə bilmədiyindən, və ya əldə etdikləri malı zədələdiklərindən və sair bu kimi səbəblərdən qaynaqlanır. Bu isə bir çox hallarda müştərilərin əldə etdikləri malı qaytarmaq səbəbinə gətirir. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun 15-ci maddəsinə əsasən Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Hesab edirik ki, vətəndaşlar bu kimi məsələlərdə səbr nümayiş etdirərək əsəb və ya böhtan yolunu tutmamalı, əksinə Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq hərəkət etməlidilər. Unutmayaq ki, cəmiyyətdə mövqeyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdi.