Dava-dalaşa səbəb olacaq...

Dava-dalaşa səbəb olacaq...

"Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın"...

Bəli, küçələrə su səpmək yaxşı haldır, xüsusilə yay aylarında. Amma bu küçəyə suyu səpmirlər, el diliylə desək, "selləmə" buraxıblar. Su nə qədər aydınlıq olsa da...

Sözümün bu yerində su bir şeyi də aydınlığa çıxardı; "yarın" bu küçəylə gəlməsi heç də söz-söhbəti azaltmayacaq, əksinə, daha da böyüdəcək, dava-dalaşa səbəb olacaq.

Ona görə ki, yar buradan keçərkən ya suda boğulmalıdır, ya da palçığa batıb qalmalıdır. İndi gəl bundan sonra yara cavab ver...

Bayaqdan tozdan qorumaq istəyirdin, indi göldə boğursan, palçığa batırırsan. Hər şeyin ifratı faciədir, ey Məcnun.

"Elə gəlsin, elə getsin" - deyəndə, adamı bir acı gülmək də tutur ki, bu bədbəxt yar heç gələ bilirmi, bir qayıtmağı da düşünsün ?!

Hmm! Nizami rayonunun Keşlə qəsəbəsindəki "Yenikənd" küçəsi məhz həmin küçədir, daha doğrusu, ölkəmizdə bu vəziyyətdə olan küçələrdən biridir. Günlərdir su axır, axır, axır... Gördüyüm qədərilə baxan da yoxdur.

Deyəsən, kiminsə YAR ilə dəhhşət qəsd-qərəzliyi var ?..

Dualarım YAR ilədi.