Cəlilabadda qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.
Birxeber.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Respublika Qan Bankı Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixdə saat 10:00-dan başlayaraq Cəlilabad rayonunda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əvvəlcədən hazırlıq işləri görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.
Qanvermə aksiyasında Cəlilabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaqdır.