"Çelsi"yə dünya kubokunu Tramp təqdim etdi - FOTO

"Çelsi"yə dünya kubokunu Tramp təqdim etdi - FOTO

Klublararası dünya çempionatının mükafatlandırma mərasimində ABŞ Prezidenti Donald Tramp da iştirak edib.

Birxeber.az xəbər verir ki, İngiltərə təmsilçisi "Çelsi"nin finalda Fransanın PSJ klubuna 3:0 hesabı ilə qalib gəldiyi matçın sonunda Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə meydana çıxıb.

Onlar öncə çempionatın ən yaxşı oyunçusu və qapıçısını mükafatlandırıblar. Daha sonra hakimlərə medal təqdim edilib. Tramp və İnfantino hakimlərlə foto da çəkdiriblər. Sonra PSJ və "Çelsi" komandalarının üzvlərinə müvafiq olaraq medallar təqdim olunub. Tramp hər iki komandanın oyunçularının boynuna medal asıb. Sonda ABŞ və FİFA prezidentləri klublararası dünya çempionatının kubokunu "Çelsi"nin kapitanına təqdim ediblər. 

Beləliklə, "Çelsi" komandası dünya kubokunu başları üzərinə qaldırıb.

(Redaktor.az)