Binəqədidəki bu binalar söküləcək

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.
Birxeber.az saytı İqtisadiyyat.az saytına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən məlumat əldə edib.
Məlumata görə, söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlanılıb.
Qeyd edilib ki, söküntü işləri Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.